Rusiyadan asılıyıq, ittifaqdan çıxsaq... - Erməni nazir
Ermənistanın Rusiyadan iqtisadi asılılığını nəzərə alsaq, Avrasiya İqtisadi İttifaqından (Aİİ) nəzəri çıxış riskli olardı.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vaqe Ovannisyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, həm ixrac, həm idxal, eləcə də energetika və digər sahələrdə Ermənistanın Rusiyadan asılılığı kifayət qədər yüksəkdir:
"İstənilən halda, suverenliyini artırmaq üçün hər hansı bir nöqtədən asılılığı şaxələndirmək lazımdır. İndi bu asılılığı nəzərə alsaq, Avrasiya İttifaqından çıxmaq riskli olardı", - nazir bildirib.