Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

“BUTA.TV” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

Noyabrın 20-si gecə və səhər Azərbaycanın bəzi şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

“Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə