Sabirabad rayonunda 29 yaşlı gənc özünə xəsarət yetirib.

BUTA.TV xəbər verir ki, rayonun Bulduq kənd sakini, 1995-ci il təvəllüdlü Əjdər Elşad oğlu Səmədov bədəninin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, Ə.Səmədovun toy mərasimində mübahisəsi düşüb, evə qayıtdıqdan sonra o, kəsici alətlə özünə müxtəlif xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.