İki maşın toqquşdu: ata və oğlu xəsarət aldı - Foto
Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Totanlı küçəsində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Nazim Hüseynov və onun oğlu, 2006-cı il təvəllüdlü Göyüş Hüseynov xəsarət alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.