Ötən gecə Təbrizin Heydərabad məhəlləsində silahlı insident baş verib.

BUTA.TV xəbər verir ki, bu haqda yerli media məumat yayıb.

Məlumata görə, silahlı şəxs məhkəmə vəkili İbrahim Sadiqi və onun ailəsinə atəş açıb.

Atəş nəticəsində əslən Qaradağ bölgəsinin Bəhərbəyli kəndindən olan və Piranşəhr (Xana) şəhərinin məhkəmə hakimi işləyən vəkil, həyat yoldaşı və kiçik oğlu həlak olub, azyaşlı qızı isə yaxınlıqdakı yeməkxanaya sığınaraq sağ qalıb.

Kimliyi açıqlanmaya qatil özüqnü də vurub, amma ölməyib və yaralı vəziyyətdə həbs edilərək polis nəzarətində xəstəxanaya köçürülüb.

Hadisənin səbəblərinin araşdırıldığı bildirilir.

Evini kirayə verənlərin nəzərinə! Evini kirayə verənlərin nəzərinə!