Tarix yazdıq, "Qarabağ"a təşəkkür edirəm… - Juninyo
"Qarabağ"ın futbolçusu Olavio Juninyo Almaniyada "Bayer 04"ə 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə bağlı paylaşım edib.
BUTA.TV xəbər verir ki, 27 yaşlı hücumçu şəxsi İnstaqram hesabından fotolar yayımlayıb. Braziliyalı forvard paylaşımda " Tarix yazdıq, bu anı yaşatdığı üçün "Qarabağ"a təşəkkür edirəm" yazıb.
Qeyd edək ki, Bakıda Leverkuzen təmsilçisi ilə heç-heçə edən (2:2) Azərbaycan çempionu turnirdə mübarizəni dayandırıb.