Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müxtəlif fakültələrdə çalışan əllidən artıq müəllimin əmək müqaviləsinə xitam verilib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, adıçəkilən təhsil müəssisəsində dövlət qurumları tərəfindən aparılan yoxlamalar zamanı müəllim sayının dərs yükünə uyğun olmadığı müəyyən edilib. Bu səbəbdən ADAU-da tam ştat vahidində deyil, müqavilə əsasında müxtəlif fakültələrdə işləyən müəllimlərin əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Aqrar Universitetinə ünvanlanan sorğu cavabsız qalıb.
“Gözyaşı tökdü ki, o qədər pulu oğluma niyə vermisən?”