Ağdərədə qumbaraatan və pulemyot aşkarlandı
Polis əməkdaşları Ağdərədə qumbaraatan və pulemyot aşkarlayıblar.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdərə rayonunun Çiləbürt kəndi ərazisindən 2 qumbaraatan və pulemyot silahının hissələri aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.