Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan
Ermənistan və Azərbaycan ərazilərindən axan çayların su ehtiyatlarından birgə istifadə və əməkdaşlıq, həmçinin ekoloji normalara riayət olunması məsələsinin müzakirəsi vacibdir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə deyib.
Paşinyan qeyd edib ki, Azərbaycan ərazisindən Ermənistana və əksinə axan çaylar var. Bunlar ümumi çaylardır.
“Münaqişəni aradan qaldıran ölkələr müxtəlif sahələrdə əməkdaşlıq etməlidirlər”, - o əlavə edib.
Bu cərimələr 150 faiz artırılır