Azərbaycan teatr və kino aktyoru, əməkdar artist Rahib Əliyev vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə aktyorun oğlu Rəşad Əliyev məlumat yayıb.

O qeyd edib ki, əməkdar artist bu gün 78 yaşında vəfat edib.

O, sabah Qurd qapısı qəbirstanlığınbda dəfn ediləcək.

Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq fəaliyyət göstərib.