BMT Baş katibi Antonio Quterreş azərbaycanlı diplomat Rəsul Bağırovu təşkilatın Belarusdakı rezident əlaqələndiricisi vəzifəsinə təyin edib.

BUTA.TV xəbər verir ki, bu barədə Report-a açıqlamasında BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.

Sözçü bildirib ki, Belarus hökumətinin razılığı alınıb və R.Bağırov martın 30-da yeni vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, diplomat əvvəllər Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatında Baş direktorun ofisində ölkə strategiyası və dəstək bölməsinin rəhbəri vəzifəsində çalışıb.