Kremlin “Krokus Siti Holl”dakı teraktı Kiyevlə əlaqələndirməsi mənasız təbliğatdan başqa bir şey deyil.

BUTA.TV xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Con Kirbi deyib.

O bildirib ki, Rusiya tərəfinin bu yöndə açıqlamaları cəfəngiyyatdır və bu hücuma görə məsuliyyəti İŞİD daşıyır.

Kirbi bir daha xatırladıb ki, ABŞ teraktla bağlı öncədən Rusiya təhlükəsizlik orqanlarına xəbərdarlıq məktubu ünvanlamışdı.