“Krokus”da teraktla bağlı sübutların yoxlanılması yekunlaşdı
Müstəntiqlər Moskva vilayətində “Krokus Siti Holl”da terror aktı törədilən yerdə sübutların yoxlanılmasını başa çatdırıblar.
BUTA.TV xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
Bildirilib ki, yoxlama indiyədək terrorçulardan biri ilə aparılıb, oxşar prosedur terror aktını törədən bütün şəxslərlə aparılacaq.
Hüquq-mühafizə orqanları da bu prosedurun bir neçə gün davam edəcəyini izah ediblər.