İranın Xuzistan əyalətində 4,9 bal gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi məlumat yayıb.

Zəlzələ yerin 16 kilometr dərinliyində meydana gəlib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.