Hacı Şahinin kanalı ələ keçirildi
Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin rəsmi Yutub kanalı kibercinayətkarların hücumuna məruz qalıb və kanal ələ keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb. O bildirib ki, kanalda olan bütün videolar silinib.
Hacı Şahinin səhifəsini idarə edən komandadan müraciət: "Əziz dostlar! Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları haker hücumlarına məruz qalır. Artıq Youtube kanalımız hakerlər tərəfindən ələ keçirilib. Hazırda hücumların zərərsizləşdirilməsi istiqamətində işlər aparılır.
Tezliklə ictimaiyyətə məlumat veriləcək".