Ukrayna AB-nin hava məkanını Rusiya üçün qapadır
Ukrayna hava məkanını Rusiya və Belarus təyyarələri üçün tranzit olaraq istifadə edilməsini qadağan etməyi nəzərdən keçirir.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal deyib.
O bildirib ki, bununla bağlı təşəbbüs irəli sürülüb və məqsəd Rusiyanın biznes dairələrinin və turistlərinin Avropa Birliyi səmasından sərbəst istifadə etmələrinin qarşısını almaqdır.