Türkiyədə kartof anbarında çökmə: ölənlər var
Türkiyənin Niyde şəhərində yeraltı kartof anbarında çökmə olub.
BUTA.TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Dağıntı altında qalan şəxslərin tapılıb-çıxarılması istiqamətində işlər aparılır.
Hadisənin səbəbi hələ ki məlum deyil.