Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Lvov Regional Administrasiyasının rəhbəri Maksim Kozistski ilə görüşüb.

BUTA.TV xəbər verir ki, Seymur Mərdəliyev bu barədə X hesabında yazıb.

“Görüş zamanı Azərbaycan və Lvov vilayəti arasında bir çox sahədə əməkdaşlığın daha da genişləndirilməsi yolları müzakirə edilib. Lvov Azərbaycanın regionlararası qarşılıqlı əlaqələrində mühüm tərəfdaşdır”, - səfir bildirib.