Fransanın xarici işlər naziri Stefan Sejurne Rusiya rəsmiləri ilə danışıqların artıq ölkəsinin maraqlarına uyğun olmadığını bildirib.

BUTA.TV xəbər verir ki, bu barədə “Le Monde” məlumata yayıb.

“Bu gün Rusiya rəsmiləri ilə danışmaq bizim xeyrimizə deyil, çünki kommunikasiya və yayımlanan mesajlar yalandır”, - o bildirib.

Fransalı nazir qeyd edib ki, etimad bərpa olunduqdan sonra dialoqu bərpa etmək mümkün olacaq:

“İlk növbədə Ukraynada cəbhədə hadisələrin inkişafını görməliyik. Hələ ki, bu yoxdur”.

Gürcüstanda eks-arvadını öldürtmək istəyən azərbaycanlı siyasətçi imiş - Yenilənib Gürcüstanda eks-arvadını öldürtmək istəyən azərbaycanlı siyasətçi imiş - Yenilənib