Paytaxtın Nəsimi rayonunda yerləşən mobil operatorlardan birinin stansiyasından 8 ədəd şəbəkə qidalandırıcı akkumulyator, kondisioner və optik naqillər oğurlanıb.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Alik Rəhimov və Roman Babayev Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla hər ikisinin əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib.