O cümlədən, delimitasiya məsələləri ilə də bağlı razılığa gəlinməsə, Azərbaycanla heç bir sənəd imzalanmayacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

O bildirib ki, işçi qrupların təmasları davam edir:

“Bu o demək deyil ki, Ermənistanın öz ərazisini güzəştə getməsi müzakirə edilir. Ola bilsin ki, razılığa gəlməsək, hansısa anda biz ümumiyyətlə nə isə imzalamaqdan imtina edəcəyik”.