Cibuti sahillərində gəmi batdı: 38 ölü, itkin düşənlər var
Cibuti sahillərində gəmi batıb.
BUTA.TV xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında bildirilib.
Məlumata görə, gəminin batması nəticəsində ən azı 38 miqrant ölüb, 22 nəfər xilas edilib, daha 6 nəfər itkin düşüb.
Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.