Ruslar bu kəndi də işğal edib? - Açıqlama
Ukrayna Müdafiə Qüvvələri Rusiya qoşunlarının Rabotino kəndinə (Zaporojye) daxil olması və orada möhkəmlənməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
BUTA.TV xəbər verir ki, açıqlamada sözügedən ərazidə həqiqətən də Rusiyanın kəşfiyyat-diversiya qrupları ilə toqquşmaların olduğu, lakin qarşı tərəfin uğur qazanmadığı bildirilib.
Qeyd edək ki, bundan öncə rusların Donetsk vilayətinin Pervomayskoye qəsəbəsini ələ keçirməsi barədə məlumat yayılmışdı.