Putin bütün Ukraynanı ələ keçirməyə çalışır - Zelenski
Vladimir Putin bütün Ukraynanı ələ keçirməyə çalışır. Ölkəmizdə hava hücumundan müdafiə sistemlərinin qeyri-kafi olması isə buna təkan verir.
BUTA.TV xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Putin yalnız gücü başa düşür. O özünü heyvan kimi aparır: özümüzü müdafiə edə bilməsək, daha çox məhv edəcək. Onun istəyi bütün Ukraynanı ələ keçirməkdir", - Zelenski bildirib.