Lukaşenko Rusiyaya gedir
Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 11-də Rusiyaya işgüzar səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
O, səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Liderlərin hansı məsələləri müzakirə edəcəkləri açıqlanmayıb.
Səfər 2 gün davam edəcək.