“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin qəza törətdiyi avtomobil satışa çıxarılıb.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, “Porşe” markalı avtomobil 20 min dollar ( 34 min AZN) qiymətində elan saytlarının birində yerləşdirilib.

Qeyd edək ki, ötən ilin avqustunda N. Şakirli idarə etdiyi “Porsşe” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, “Nikosayağı”nın qolu isə amputasiya edilib.