Rusiya Ukraynaya genişmiqyaslı hava hücumuna başladı
Rusiya ordusu Ukraynanın Xarkov, Dnepropetrovsk və Odessa vilayətlərinə genişmiqyaslı hava hücumlarına başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat yayılıb.
Bildirilir ki, sözügedən bölgələrə PUA-lardan hücumlar edilir. Bəzi şəhərlərdə partlayışlar qeydə alınıb.
Ukraynanın bir sıra vilayətlərində hava həyəcan siqnalları davam edir.