Xankəndidə erməni oliqarxların zavodu: Nələr tapıldı - Video
Xankəndidə erməni oliqarxların konyak zavodunun görüntüləri yayılıb.
BUTA.TV xəbər verir ki, bu barədə kadrlar AzTV-nin efirində, Vüsal Mətləbin təqdimatında yayımlanan “Sözümüz imzamızdır!” adlı proqramda nümayiş olunub.
Qeyd edilib ki, konyak zavodunun səhmdarlarından biri də separatçıların hazırda həbsdə olan lideri Arayik Arutyunyan imiş. Ermənilər Azərbaycanın təbii nemətlərindən istifadə edərək müxtəlif məhsullar, o cümlədən konyak istehsal edərək onu dünyaya öz brendləri kimi təqdim ediblər.