"Krokus" teraktının bənzəri ABŞ-da ola bilər - Rey
Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-da "Krokus Siti Holl"da baş verən terror aktına bənzər terror aktının həyata keçirilə biləcəyindən ehtiyat edir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey deyib.
“İndi burada, vətənimizdə İŞİD hücumu kimi koordinasiyalı hücum ehtimalı getdikcə daha çox narahatlıq doğurur”, - Rey bildirib.