Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Birliyinə (AB) üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan AB-nin Siyasi və Təhlükəsizlik Komitəsi ilə müzakirədə iştirak edib.

BUTA.TV xəbər verir ki, bu barədə o, X səhifəsində paylaşım edib.

"Biz Avropa Birliyinə üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Avropa Birliyinin Siyasi və Təhlükəsizlik Komitəsi ilə geniş və dərin müzakirə apardıq. Görüşümüzə həmsədrlik etdiyi üçün Siyasi Direktorun müavini Delfin Pronka təşəkkür edirəm", - paylaşımda bildirilib.

Qeyd edək ki, görüş iştirakçıları arasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov da yer alıb.

“Gelandevagen”i mağazaya çırpan, qadınla dalaşan kimdir? “Gelandevagen”i mağazaya çırpan, qadınla dalaşan kimdir?