ABŞ İranın 100-dən çox pilotsuz təyyarə və onlarla raketlə İsrailə qarşı hücumunun aprelin 12-də baş verəcəyini gözləyir.

BUTA.TV xəbər verir ki, bu barədə “CBS Nyus” amerikalı məmurlara istinadla məlumat yayıb.

“Cümə günü İranın İsrailə böyük bir hücumu gözlənilir. İsraildəki hərbi hədəfləri hədəf alan 100-dən çox pilotsuz təyyarə və onlarla raketdən istifadə oluna bilər”, - mənbə bildirib.

Mənbənin sözlərinə görə, İsrailin bu böyüklükdə hücuma qarşı müdafiəsi çətin olacaq.