Fidanla Blinken Ər-Riyadda görüşdü
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi X səhifəsində bildirilib.
Görüşün digər təfərrüatı barədə məlumat verilməyib.