Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi haqqında əldə edilmiş razılaşmanı alqışlayıb.

BUTA.TV xəbər verir ki, baş katib bu barədə X hesabında yazıb.

"Mən Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan delimitasiya prosesi haqqında bu yaxınlarda əldə edilmiş razılaşmanı alqışlayıram", - o bildirib.