İyunda Bakıda Polşa və Azərbaycan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.

BUTA.TV xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ölkə Konstitusiyasının qəbulunun 233-cü ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

“Biz iyunun əvvəlində Bakıda Azərbaycan və Polşa xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin keçirilməsini gözləyirik”, - səfir bildirib.