Qusarda 32 yaşlı qadın dəm qazından öldü
Qusar rayon sakini dəm qazından boğularaq ölüb.
BUTA.TV xəbər verir ki, Qusar şəhər sakini, 1992-ci il təvəllüdlü Sevda Bədəlova hamam otağında dəm qazından boğulub.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.