Yaxın 2 gündə hava necə olacaq? - Açıqlama
Azərbaycanda yaxın iki gün ərzində proqnozlaşdırılan hava şəraiti açıqlanıb.
BUTA.TV xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Azərtac-a açıqlamasında noyabrın 17-si və 18-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyini bildirib:
“Lakin gecə saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 12–17 dərəcə isti olacağı gözlənilir.
Eyni zamanda, bölgələrdə də yaxın iki gün ərzində – noyabrın 17-18-də hava şəraiti yağmursuz keçəcək. Lakin 16-dan 17-nə keçən gecə və səhər saatlarında bəzi yerlərdə yağmurlu olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 13–18, dağlıq ərazilərdə isə 3–8 dərəcə isti olacaq”.
AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq - Rəsmi