Bakıda 20 noyabr-3 dekabr tarixlərində Dövlət Bayrağı Meydanı ərazisindəki avtomobil dayanacağında keçirilməsi nəzərdə tutulan 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasının tarixi və yeri dəyişdirilib.

BUTA.TV xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yarmarka 27 noyabr-11 dekabr tarixlərində paytaxtda yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində baş tutacaq.

Təşkilatçılar nazirliyin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyidir.

Bal yarmarkasında növbəlilik prinsipi əsasında ilk olaraq qeydiyyatdan keçmiş, 2026-cı il sentyabrın 1-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təsərrüfatında ən azı 40 arı ailəsi olduğunu bəyan etmiş 52 rayondan 300-ə yaxın arıçı fermer iştirak edəcək.

Yarmarkada iştirak ödənişsizdir və hər fermer ən çoxu 450 kq bal (qablaşdırma daxil olmaqla) və 30 ədəd arı şanı sata biləcək. Fermerlərə satış yeri, ləvazimat və marketinq dəstəyi veriləcək. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları əməkdaşları baldan yerində nümunə götürüb laboratoriyada yoxlayacaq, yalnız keyfiyyət standartlarına cavab verən məhsullar yarmarkaya buraxılacaq.

Yarmarkanın məqsədi yerli arıçıların satış imkanlarını genişləndirmək, istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaratmaq və əhalinin keyfiyyətli yerli bala çıxışını təmin etməkdir.

İstanbul hava limanında azərbaycanlılar üçün yenilik... İstanbul hava limanında azərbaycanlılar üçün yenilik...