Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və rəhbərlik etdiyi nümayəndə heyəti mayın 7-də Ankarada Heydər Əliyev Parkını ziyarət edib.

Nazirlər Kabinetindən BUTA.TV-a bildiriblər ki, Baş nazir Əli Əsədov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub.