8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

"Sürücülərdən qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları və sürət həddinə əməl etmələri xahiş olunur", - NİİM-dən bildirilib.

Bakıda güclü külək: hasar uçdu, qadın altında qalaraq öldü Bakıda güclü külək: hasar uçdu, qadın altında qalaraq öldü