İstanbul Hava Limanında FEDEX şirkətinə məxsus yük təyyarəsi gövdəsi üzərində yerə enib.

BUTA.TV xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, Paris-İstanbul reysini həyata keçirən “Boinq 763” tipli yük təyyarəsinin qəza etməsinə səbəb şassilərindən birinin açılmaması olub.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.