Ukrayna müdafiə bölmələri Krasnoqorovka şəhərinə daxil olan Rusiya hücum qrupunu mühasirəyə alıb.

BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın “Xortitsa” qoşunlarının əməliyyat-strateji qrupunun nümayəndəsi, polkovnik-leytenant Nazar Voloşin deyib.

“Düşmən kiçik qrupla şəhərə soxulub və zavod ərazisində yerləşib. Bölmələrimizin, xüsusilə 59-cu briqadanın səyləri nəticəsində, düşmənin hərəkəti məhdudlaşıb və hələ də oradadır”, - deyə o bildirib.

Voloşin qeyd edib ki, hazırda Rusiya hərbçilərinin sursat təchizatı kəsilib.