Bakıda yol qəzası tıxaca səbəb olub.

Bu barədə BUTA.TV-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Məlumata görə, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, Yasamal RPİ-nin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Qəza səbəbindən "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb.