Sumqayıtda Azərişıq ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.

Belə ki, ASC-də elektrik işləyən Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Vaqif oğlu Quliyev iş görən zaman onu cərəyan vurub.

Termik yanıq xəsarətləri alan E.Quliyev xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.