Mandatları tükənmiş, arxaik qurumlar... - Nazir
ATƏT daxilində olan Minsk qrupu 30 illik faəliyyətində Azərbaycan-Ermənistan münaqişəsinin həllinə heç bir fayda verməmişdir.
BUTA.TV xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.
“Hesab edirik ki, artıq mandatları tükənmiş, arxaik xarakter daşıyan bu qurumların saxlanılmasına heç bir ehtiyac yoxdur”, - nazir əlavə edib.