Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyirik.

BUTA.TV xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

ATƏT sədrinin sözlərinə görə, o, hər iki tərəfdən, nazirlərdən müsbət mesajlar eşidir:

“ATƏT hər iki ölkəyə qulaq asır. Biz yeni reallıqları qəbul etməliyik. Ümid edirik ki, tez zamanda tərəflər arasında hərətəfli və dayanıqlı sülh razılaşması əldə olunacaq”.

AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq - Rəsmi AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq - Rəsmi