İsrail qaçqın düşərgəsinə zərbə endirdi: 40 nəfər öldü
İsrailin Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 40-a çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd edilir ki, daha əvvəl Nuseyratda yaşayış binasının və məktəbin atəşə tutulması barədə məlumat yayılmışdı.