Kirantsada sərhədin demarkasiyası və delimitasiyası üzrə işlər hələ də bərpa olunmayıb. Baxmayaraq ki, iş üçün son müddətin mayın 15-i olduğu əvvəlcədən bildirilib.

BUTA.TV xəbər verir ki, bu məlumatı Kirants kəndinin sakinləri erməni mediasına deyiblər.

“Hazırda heç bir iş aparılmır, insanlar sadəcə gözləyirlər ki, nə olacaq”, - kənd sakinləri bildiriblər.

Qeyd edək ki, erməni mediası mayın 7-də Kirants kəndi ərazisində demarkasiya və delimitasiya işlərinin rəsmi açıqlama verilmədən müvəqqəti olaraq dayandırıldığını yazır.