ABŞ Dövlət katibi Entoni Blinken Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanarla telefon danışığı aparıb.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

O bildirib ki, tərəflər Slovakiya Baş naziri Robert Fitsoya sui-qəsd cəhdini müzakirə ediblər:

"Dövlət katibi Slovakiya ilə həmrəy olduğunu bildirib və baş nazirə tezliklə sağalmasını arzulayıb. Blinken Amerika və slovak xalqları arasında əlaqələrin möhkəmliyini vurğulayıb. O, bütün formalarda siyasi zorakılığı pisləyib".