Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - Video-Yenilənib
Video
Bakıda güclü külək fəsadlara səbəb olub.
“BUTA.TV” İTV-yə istinadən xəbər verir ki, hadisə zamanı küləyin təsirindən ağac aşıb və park edilmiş avtomobilin üzərinə düşüb.
Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.
Əldə etdiyimiz məlumata görə, Xətai rayonu, Gəncə prospekti 97 ünvanında avtomobilin üzərinə aşmış sərv ağacı Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən kəsilərək ərazidən götürülüb.
Xəzər 45 metr geri çəkildi – “Rusiyanın qəsdli marağı var”