Mayın 17-də saat 3 radələrində Hacıqabul rayonu ərazisində “Toyota” markalı avtomobil hava şəraiti ilə əlaqədar yol kənarında maneəyə dəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan BUTA.TV-a bildirilib ki, hadisə nəticəsində avtomobildə olan sərnişin Ramin Əsgərov həyatını itirib.

Araşdırma aparılır.